Köklük bir çox insanların, xüsusilə də qadınların ortaq dərdidir. Artıq çəkilərdən xilas olmaq istəyənlər üçün bir çox üsul mövcuddur.
Foodinfo.az xəbər verir ki, mütəxəssislər arıqlamaqda düyünün effektli olduğunu qeyd edirlər. Hər gün bir ədəd çiy düyü udaraq iştahanızı nəzarət altına ala bilərsiniz.
Səhərlər düyü udaraq günə başladığınızda iştahınızı nəzarət altına almış olursunuz. Sadəcə düyünü udub yüksək kalorili qidalanmamağa nəzarət edərək artıq çəkidən azad olmaq o qədər də çətin deyil.
Bu diyet proqramı 30 gün qəbul edilməlidir. Belə ki, səhərlər acqarına 1 ədəd düyü udaraq günə başlayıb, ertəsi günlərdə isə bir-bir miqarı artıraraq 30 gün ərzində davam edilməlidir. 30 gündən sonra isə geriyə doğru getməlisiniz. Yəni hər gün bir-bir azaltmalısınız. Ümumilikdə 60 gün çəkən düyü udma hərəkətini gerçəkləşdirərəkən düyünü bir stəkan ilıq su ilə udmalısınız.
Bu mərhələdə çox çətin diyeta proqramına ehtiyac olmasa da porslara diqqət edilməlidir. Düyü dənəsi udanlar bu ərəfədə iştahlarının azaldığını qeyd edirlər. İtirilən çəki insandan-insana dəyişsə də aparılan araşdırmalara görə, bu proqrama əməl edənlər arasında 2 ayda 8-14 kq verənlər daha çoxluq təşkil edir.