Bəzən səhərlər yuxudan oyananda yorğun, halsız olursunuz. Çox vaxt isə işə getmək belə istəmirsiniz. Gecə nə qəər tez yatsanız da, səhər bu hal keçmir. 

 Foodinfo.az axşam.az-a istinadən bildirir ki, buna səbəb yeyib-içdiklərinizdir. Bu məlhəm özünü yorğun, əzgin hiss edən, stress keçirənlər üçün əsl çıxış yoludur.

Şüşə bankaya tozağacı tumurcuqlarından yığıb, üzərinə araq və ya spirt tökün. 14 gün qaranlıq otaqda saxlayın. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bu məlhəmdən 1 çay qaşığı içmək adamı gümrah saxlayır, stresdən uzaq tutur.

Bu məlhəm həm də ürək ağrılarını aradan qaldırır.