Qaraciyərin sağlamlığına əhəmiyyət verirsinizsə, o zaman onu qorumağa kömək edəcək sirli məhsulla tanış olmaq vaxtıdır. Həkimlər gecikmədən pəhrizə bitki mənşəli məhsul - kurkumini (sarıkökün tərkibində olan maddə) daxil etməyi məsləhət görürlər.


Foodinfo.az xəbər verir ki, bir çox yağlı, şirin və bol yeməyi sevənlər gec-tez qaraciyər distrofiyasından əziyyət çəkirlər. Buna səbəb onun üzərinin sıx bir yağ təbəqəsi ilə örtülməsidir. Bu zərərli təbəqə qaraciyərin fəaliyyətini pozur və ümumi sağlamlığa təsir edir.


Qaraciyərdə yağ yığılması ürək-damar xəstəlikləri, diabet və hətta sirroz riskini artıra bilər. Bununla belə, ekspertlər hesab edilərr ki, pəhriz, arıqlamaq və sağlam həyat tərzinə keçmək sizə sağalmağa kömək edəcək.
Bunun üçün bir gizli silah var. Çoxsaylı araşdırmalar sübut edir ki, sarıkökün gündəlik pəhrizinizə daxil edilməsi qaraciyər yağının yığılmasını azaltmağa kömək edə bilər.


Kurkumin adlı maddənin qaraciyərə sağaldıcı təsirləri vurğulanır. Gündə yalnız 2 qram sarıkök qəbul etmək, üç ay ərzində qaraciyər funksiyasının normallaşmasına nail olmaq imkanı verir. 


Qeyd edək ki, dietoloqlar sarıkökün məhz səhər çayı vasitəsilə qəbul edilməsini tövsiyə edirlər. Bu zaman bir stəkan ilıq suya bir çay qaşığı limon suyu və 2 qrama yaxın sarıkök əlavə etmək lazımdır. Darçın əlavə edilməsi də bu qarışımın təsirini artıracaq

Leyla