Tibb elmləri doktoru Robert Zilzer bir çoxlarının səhər yeməyi ilə bağlı etdiyi səhvlərdən danışıb.

Foodinfo.az  arıqlamağa mane olan 3 səhvi təqdim edir.

1. Səhər yeməyindən tamamilə imtina etmək. Bu səbəbdən gün ərzində həddindən artıq yemək yeyə və əlavə qəlyanaltılara əl ata bilərsiniz. Səhər yeməyində ən yaxşısı zülal yeməksir, çünki o, aclıqdan sonra metabolizi işə salır və orqanizmə lazımi enerjini verir. Yumurta, yağsız kəsmik, yağsız və aşağı karbohidratlı yunan yoqurtu, vetçina yaxşı protein mənbəyi hesab olunur.

2. Səhərlər taxıl, bulka, yulaf və müsli yemək. Onların tərkibində çox vaxt şəkər və yağ əmələ gətirən karbohidratlar olur. Bu məhsullarıdan yedikdə əvvəlcə enerji artımı, sonra isə yorğunluq hiss edəcəksiniz. Nəticədə, yenə şirniyyatlara əl atacaqsınız.

3. Səhərlər yüksək kalorili qəhvə içmək. Latte və frappuçinoda yağ və şəkərin miqdarı çoxdur. Bu isə çəki artımına səbəb olan, xüsusilə təhlükəli birləşmədir. Bunun əvəzinə, qara qəhvə və ya protein kokteyli qəbul edin.

Nərmin