Kefir və yaşıl çay səhər yeməyi üçün ideal içki hesab olunur. Mütəxəssislər bədəni tonlaşdırmaq və həzm prosesini yaxşılaşdırmaq üçün acqarına su və ya limonlu su içməyi məsləhət görür.
Yaşıl çayın tərkibində kofein var, ona görə də səhərlər onu içmək daha tez oyanmağa kömək edəcək. Bundan əlavə yaşıl çay amin turşusu, vitamin və mikroelementləri ehtiva edən güclü antioksidantdır.
Kefir, mərkəzi sinir sistemini sakitləşdirir, çox miqdarda vitamin ehtiva edir. Bundan əlavə, içki tərkibindəki bifidobakteriyalar sayəsində mədə-bağırsaq traktının işini yaxşılaşdırır.
Kakao aclıq hissini mükəmməl şəkildə təmin edir və bədəni tonusa gətirir. Mütəxəssislər bildirir ki, kakaonun tərkibində çoxlu faydalı maddələr var: kofein, amin turşuları, antioksidantlar, üzvi turşular, E, K, B vitaminləri, fosfor, maqnezium, sink, mis, manqan.
Nərmin