Rus və Türk ənənəvi səhər yeməyi ən faydalı və sağlamdır. Bu barədə Gazeta.ru-ya müsahibəsində diyetoloq Natalya Zubareva məlumat verib.

Mütəxəssis qeyd edib ki, yulaf ezmesi deyil, vetçina, tost və omletdən ibarət olan ingilis səhər yeməyinin “sağlamlığa faydası ilə heç bir əlaqəsi yoxdur”.

Mütəxəssis əlavə edib ki, bu, tonlarla əlavə kalori və qeyri-sağlam yağlar əldə etmək üçün sadəcə kombinasiyadır. Bununla belə, adətən pancake, tost və südlü dənli bitkilərdən ibarət olan Amerika səhər yeməyi də qəhvənin fransız versiyası və kruasan kimi balanslaşdırılmış deyil.

Fərid