Yayın başlaması ilə bəziləri daha çox idman etmək qərarına gəlir və nəhayət səhərlər qaçmağa başlayır Lakin bu zaman qidalanmaya da xüsusi diqqət yetirilməlidir.

Foodinfo.az nutrisioliq Yelena Sviridovanın bununla bağlı 5 tövsiyəsini təqdim edir.

Daha çox zülal qəbul edin

Qaçarkən çox enerji sərf edirik və bədəni qüvvədən salmamaq üçün rasionumuza daha çox protein tərkibli qidalar əlavə etməliyik. Nahar və ya şam yeməyinə faydalı elementlərlə zəngin olan, ətli yeməklər seçməyə çalışın. Bununla özünüzü gərgin məşqlərə hazırlamış olacaq və qaçarkən tez yorulmayacaqsınız. Rasiona kifayət qədər zülal daxil etməsəniz, əzələlərinizin bərpası daha çətin olacaq.

Daha çox su için

Su içməyi unutmayın, çünki qaçış zamanı çoxlu maye itiririk - kardioməşqlər çəki azaltmaq və əzələləri tonlaşdırmaq üçün nəzərdə tutulub. Bununla belə, diyetoloq qaçış zamanı çoxlu su içməyi məsləhət görmür, fasilələrdə bir neçə qurtum kifayətdir. Qaçarkən özünüzü daha yaxşı hiss etmək üçün yarım-bir saat öncə bir stəkan su  içmək - bunun sayəsində siz tez yorulmayacaqsınız.

Acılı yeməklərdən çəkinin

Qaçışla məşğul olan müddətdə həkimlər ədviyyatlı qidaları rasiondam çıxarmağı məsləhət görürlər, çünki onlar susuzluğa səbəb olur. Bu, qaçışı çətinləşdirməklə yanaşı, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. 

Protein batonlarını sevin

Onlar yalnız məşq üçün güc verməyəcək, həm də pəhrizə faydalı bir əlavə olacaq. İdmandan bir saat əvvəl protein batonu atışdırmaq məsləhətdir.Məşqdən sonra yesəniz, əzələlərin bərpasına kömək edəcəksiniz. Lakin məhsulun tərkibini diqqətlə oxuyun və tərkibində həm qoz-fındıq, həm də quru meyvələr olanları seçin.

Daha çox təzə sıxılmış şirələr için

Təzə sıxılmış şirələrin tərkibində çox miqdarda vitamin olur və onlar maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Hər səhər bir stəkan belə içki içmək məsləhətdir. Bununla siz, həmçinin, gün ərzində öznüzü gümrah hiss edəcəksiniz.

Natəvan