İnsan internetdəki hesablama cədvəllərinə deyil, özünün susuzluq hiss etməsinə əsaslanaraq, istədiyi qədər su içməlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq-endokrinoloq Albina Komissarova danışıb.
Onun sözlərinə görə, təmiz sudan istifadə üçün əsaslı normalar yoxdur, lakin çay və ya qəhvə şəklində, tərəvəz və meyvələrdən qida ilə aldığımız təxmini miqdarda maye var.
Bütün gündəlik həcm orta hesabla iki litrdir, lakin bir çox nüanslar var: kişi və ya qadın üçün? Fiziki aktivliyi nə həddədir? Hansı iqlimdə? Nə qədər duzdan istifadə edir? Bunların hər biri rol oynayır.
"Susuzluq hissini rəhbər tutaraq içmək lazımdır, araşdırmalar bunun təsirli olduğunu göstərir. Sidiyin rənginə də baxa bilərsiniz. Əgər tünd sarıdırsa, daha çox su içmək lazımdır", - deyə mütəxəssis izah edib. .
Eyni zamanda, diyetoloq bu mövzu ətrafında şişirdilmiş miflərin əksəriyyətini təkzib edib. Belə ki, Komissarova səhər bir stəkan ilıq suyun maddələr mübadiləsini işə saldığını təsdiqləməyib. Çox reklam olunan hidrogen və ya qələvi suyun isə, onun sözlərinə görə, heç bir mənası yoxdur. Bundan əlavə, həkim xəbərdarlıq edib ki, limonlu su sadəcə limonlu sudur və ondan möcüzəvi təsir gözləmək də mənasızdır.
Nərmin