Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) mütəxəssisləri müəyyən sayda məhsulun siqareti tərgitməyə kömək etdiyini bildiriblər.

Bu barədə RBK saytı yazır.

Ekspertlər hesab edirlər ki, pomidor, kök yumruları (müəyyən bitkilərdə olan yeraltı saxlama orqanları), paxlalılar və qoz-fındıqda olan nikotin turşusu pis vərdişdən əl çəkmə prosesində həyatı xeyli asanlaşdıra bilər.

Bu turşu ən çox qırmızı pomidorların tərkibində olur: hər qramda təxminən 43 nanoqram miqdarında. Sonra siyahıda nikotin dozası daha az olan bibər, kartof və  badımcan gəlir. Üçüncü yerdə noxud və lobya kimi paxlalılar, onlardan sonra isə qoz-fındıq, manqo və ananasdır.

Bu pəhriz sizə həm də qidalanmanı normallaşdırmağa kömək edəcək, çünki bütün lazımi nutriyentlərlə zəngindir.

Qeyd edək ki, bir siqaretdən alınan nikotin dozasını ödəmək üçün təxminən 50 kiloqram pomidor lazımdır.

Fərid