Gün ərzində və ya pəhriz saxlayarkən şirniyyat yemək istəyinizin qarşısını almaq elə də çətin olmamalıdır, çünki şirniyyatları əvəz edə bilən sağlam və təbii qidalar var.
Foodinfo.az bu qidaları təqdim edir:
Alma
Gün ərzində qəfil şəkər ehtiyacı hiss etdiyiniz zaman yalnız 1 alma onu qarşılaya bilər. Bunun sayəsində qan şəkəriniz sürətlə tənzimlənəcək.
Balqabaq
Tərkibində yüksək lif olan balqabaq orqanizmdə yavaş-yavaş həzm olunur. Beləliklə şəkərin qana daha balanslı və sabit qarışmasını təmin edir.
Fındıq/ Fıstıq yağı
Şəkər ehtiyacınızı yüksək protein tərkibli qidalar qəbul etməklə də qarşılaya bilərsiniz. Şirniyyata ehtiyacınız olanda fındıq və ya fıstıq yağı yemək qan şəkərinizi sabitləşdirəcək.
Xurma
Bir çox desert reseptlərində şəkərə alternativ olaraq istifadə edilən bir meyvədir. Gündə 5-6 ədəd xurma istehlak etməklə gündəlik şəkər ehtiyacınızı tamamilə qarşılaya bilərsiniz.
Darçın
Qısa müddətdə insulin səviyyəsini tarazlayan və beləliklə daha çox şəkər istehlak etmə ehtiyacınızı aradan qaldıran darçın da mütəxəssislər tərəfindən tez-tez tövsiyə edilir.