Gündəlik həyatda tez-tez rast gəlinən şişkinlik və qaz problemi həll edilmədikdə problem yaradır. Mədə gurultusu, qarın ağrısı və bir çox şikayətlərə səbəb olan şişkinlik problemi bəzi qidaların qəbulu nəticəsində aradan qalxır. Mütəxəssislər şişkinlik və qaz problemini həll edən qidaları sadalayıblar.
Foodinfo.az bu qidaları təqdim edir:
KƏTAN TOXUMU:
Tərkibindəki lif və omeqa-3 yağ turşuları şişkinliyi azaldır.
QATIQ:
Tərkibində həzmi dəstəkləyən probiotiklər var. Qatıq müntəzəm istehlak edildikdə arıqlamağa kömək edir.
KEFİR:
Tərkibindəki probiotik həzmi tənzimləməyə kömək edir.
ANANAS:
Ananas qida dəyəri sayəsində bədəndəki ödemi aradan qaldırır. Xüsusilə qarın bölgəsində şişkinliyi azaldır. Bromelain fermenti həzmə kömək edir.
QARPIZ:
Yay aylarının vazkeçilməz meyvəsi olan qarpız qaz şikayətlərinə qarşı faydalıdır. Tərkibindəki yüksək su ilə şişkinliyi azaldır.
XİYAR:
Ən şəfalı qidalardan biri olan xiyar müntəzəm istehlak edildikdə həzm problemlərini aradan qaldırır. Tərkibində yüksək su var və təbii sidikqovucudur.
ALMA:
Tərkibindəki lif həzmi tənzimləməyə kömək edir.