Yeməklərimizin əvəzolunmaz tərəvəzi olan soğan, dadı ilə yanaşı insan orqanizminə verdiyi töhfə ilə də istehlak edilməsi lazım olan qidalar arasındadır. Lif, mineral və vitaminlərlə zəngin olan soğanın təsiri eşidənləri təəccübləndirir.
Foodinfo.az xəbər verir ki, Qədim Misirə aid olduğu bilinən soğanın insan sağlamlığı üçün böyük əhəmiyyəti var.
Yeməklərə dad qatan soğanın immunitet sistemini gücləndirməkdən tutmuş qriplə mübarizəyə qədər bir çox faydası var.
Tərkibindəki yüksək C vitamini ilə mikroblarla mübarizə aparır və hüceyrələrin yenilənməsinə töhfə verir.
Dəmirin udulmasını da dəstəkləyən soğan hüceyrələri sərbəst radikalların zərərindən qoruyur.
Tərkibində B9 və B6 vitamini kimi bir çox vitamin olduğu üçün qırmızı qan hüceyrələrinin istehsalını dəstəkləyir.
Tərkibindəki antioksidantlar sayəsində bədəndəki trigliserid səviyyəsini azaldır.
Xolesterolu tənzimlədiyi üçün ürək xəstəliklərinin inkişaf riskini də minimuma endirir.
İfrazat sisteminə də fayda verən soğan sidikqovucudur və toksinləri çıxarmağa kömək edir.
Xüsusilə qırmızı soğanın tərkibində çoxlu antioksidanlar var. Pəhrizinizə soğan əlavə etsəniz, yumurtalıq, bağırsaq və qırtlaq kimi bəzi xərçənglərin riski azalmış olar.
Təbii antibiotik olduğu üçün soyuqdəymə xəstəliklərinin sağalmasına kömək edir.
Soğanın dəri üçün faydaları küçümsənməyəcək qədər çoxdur.
Soğanı mütəmadi olaraq üzünüzə sürtsəniz, sızanaq və çapıqları aradan qaldırmış olarsınız.
A və E vitaminləri sayəsində dəriyə parlaq görünüş bəxş edir.
İstənməyən tüklərdən xilas olmaq üçün rəndələnmiş soğanın suyunu çıxarın, sonra bu suyu dərinizə çəkin. Tam çəkdikdən sonra soğan suyunu dərinizdə təxminən 1 saat saxlayıb yuyun. Bu, saç köklərinin güclənməsinin qarşısını alacaq.