Stress zamanı orqanizmin sürətlə tükənməsinin qarşısını almağa kömək edən bir sıra məhsullar var. 

Foodinfo.az xəbər verir ki, diyetoloq, tibb elmləri namizədi Andrey Bobrovski belə qidalar haqqında danışıb.

Onun sözlərinə görə, bu, ilk növbədə, maqnezium və sinklə zəngin qidalardır. Üstəlik, bu qidalar omeqa-3 və omeqa-6 poli-doymamış yağ turşuları ilə zəngin olmalıdır. Bir çox ekspertlər də fol turşusunun əhəmiyyətini vurğulayırlar.

Fol turşusu çiyələk, portağal, naringi, qreypfrut, avokado kimi giləmeyvə və meyvələrdə olur. İspanaq maqnezium mənbəyi hesab olunur. Göyərtilər insanın stresdən xilas olmasına kömək etmək üçün rasionun dörddə birini təşkil etməlidir. Yağlı balıqlardan siyənək, skumbriya və salaka yemək tövsiyə olunur. Həkim, həmçinin, günəbaxan tumları, qoz-fındıq, bildirçin yumurtası, yerkökü kimi açıq rəngli xırtıldayan tərəvəzlər yeməyi tövsiyə edib.

Natəvan