Sumaq bitkisinin meyvəsi qurudulub üyüdüldükdən sonra sumaq ədviyyatı alınır. Sağlamlıq üçün müxtəlif faydaları olan sumaq, turşluğu ilə qidaların daha uzun müddət saxlanmasına kömək edir. Bəs, sumaq tam olaraq nədir, onun faydaları nədir?
Foodinfo.az xəbər verir ki, sumaq salatlarda və müxtəlif yeməklərdə çox istifadə edilən ədviyyatlar sırasındadır. Sumaq bitkisinin faydaları haqqında bəzi təfərrüatları təqdim edirik:
Demək olar ki, hər torpaqda bitən bu otun cəmi 150 növü var. Yalnız iki növ qeyri-toksikdir. Limon olmayanda alternativ olaraq turş dadlı sumaqdan istifadə edilir.
Araşdırmalar göstərib ki, sumaq da limon kimi antioksidant xüsusiyyətlərə malikdir. Eyni zamanda mütəxəssislər vurğulayırlar ki, yuxarı tənəffüs yolları xəstəlikləri dərman istifadə etmədən sumaq şirəsi ilə müalicə oluna bilər.
- Qanda insulinin miqdarını tarazlaşdırır. Bu xüsusiyyəti sayəsində diabet və yüksək təzyiq xəstələrinin istehlak etməli olduğu qidalar sırasındadır.
- Antioksidant təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində anidən yaranan yüksək hərarəti salaraq beyin sağlamlığını qoruyur.
- Həftədə istehlak edilən bir stəkan sumaq şirəsi sinir sistemində deformasiyaya uğramış hüceyrələrin sayını azaltmaqla sağlam hüceyrələrin artmasına kömək edir. Həmçinin yorğunluq, stress və depressiya kimi xəstəliklərin yaşanma riskini də azaldır.
- Qida zəhərlənməsi zamanı sumaq ədviyyatını qaynadıb bir stəkan içmək faydalı olacaq. Həm mədənizi, həm də bağırsaqlarınızı təmizləyir, sidik və defekasiya ilə zəhərlənməyə səbəb olan zərərli bakteriyaları təmizləyir.
- Həzmi tənzimlədiyi üçün arıqlamaq üçün sumaq şirəsindən istifadə edə bilərsiniz.
Eyni zamanda gün ərzində yarım çay stəkanı içdiyiniz sumaq şirəsi də həzmsizlik və şişkinliyin qarşısını alır.
- Anoreksiya problemi olan uşağınızın ayda bir dəfə sumaq şirəsi içməsi də faydalıdır. Həm uşağınızın bədən müqavimətini artırır, həm də iştahını açaraq daha sağlam yeməsinə kömək edir.