Soya lobyası insan orqanizmi üçün bir çox faydaları olan məhsul sayılır.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Zülalla zəngin olan bu məhsul yüksək yağ nisbətinə baxmayaraq xolesterolu artırmır. Həmçinin sağlam şəkildə çəki artırmağa dəstək olur. Bu məhsul eyni zamanda insan skeletini gücləndirir və əzələrin daha qüvvətli olmasını təmin edir. Tərkibindəki antioksidantlar sayəsində xərçəngin yaranması prosesini dayandırır, eyni vaxtda xərçəngin müalicəsində də şəfalı məhsul sayılır.