Dietoloq Larisa Nikitina sürətli arıqlamanın mənfi nəticələri barədə xəbərdarlıq edib.

Foodinfo.az xəbər verir ki, O, URA.RU ilə söhbətində bildirirb ki, sürətli arıqlama daxili orqanlarda ciddi problemlərə səbəb ola bilər. Tez arıqlayanda ilk növbədə böyrəklər sallanır.

Onun sözlərinə görə, qəfil arıqlamaq şok reaksiyalara da səbəb ola bilər.

Nikitina tədricən arıqlamağı və sürətli nəticələrə can atmamağı məsləhət görüb.

Öz növbəsində, həkim - terapevt-dietoloq, tibb elmləri namizədi, Tatyana Solntseva bildirirb ki, kokos yağında orta zəncirli yağ turşuları var, bu da onu faydalı edir.

Eyni zamanda ekspert qeyd edib ki, bu yağın tərkibində çoxlu doymuş yağ var, ona görə də onu məhdud miqdarda istehlak etmək lazımdır.