Bəzi qidalar digərlərindən daha sürətli kilo almağa səbəb olur. Köklənmək istəmirsinizsə, hansı yemək və içkilərdən çəkinməlisiniz?

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq-terapevt Yelena Tixomirova danışıb.

Onun sözlərinə görə, məşhur zərərli məhsullardan birincisi şirələrdir. Onların tərkibində çoxlu miqdarda karbohidratlar var - 100 qram şirəyə 10-15 qram, bu da iki-üç çay qaşığı şəkərə bərabərdir. Orta hesabla 1 pors şirə 350 qramdır, yəni içində 10 çay qaşığı şəkər ola bilər. Bu miqdarda şəkər sürətli şəkildə artıq çəkiyə və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Dondurulmuş smuzilərlə də diqqətli olmalısınız. Onların da tərkibində şəkər daxil karbohidratların miqdarı çoxdur. 

Əsasən düyüdən ibarət olan suşiyə xüsusi diqqət yetirilməlidir. Düyü çox miqdarda karbohidrat ehtiva edir, bu da suşini yüksək kalorili yemək halına gətirir. Məsələn, 250 qramlıq "Kaliforniya" və ya "Filadelfiya" suşisində təxminən 500 kalori və əhəmiyyətli miqdarda karbohidrat var. Buna görə də, unutmayın ki, onlar zülal deyil, karbohidrat mənbəyidir. Onlar nahar vaxtı yeyilə bilər, lakin axşam pəhriz yeməklərinə üstünlük vermək  daha yaxşıdır.

Bundan əlavə, makaron,lazanya, plov kimi yeməklər də yüksək karbohidratlı, kökəldən qidalardır.

Müsli, əsmələr və tez hazırlanan digər səhər yeməkləri də, xüsusilə yanında şirə içilirsə, əsl karbohidrat bombası yaradır və sürətli kilo almağa səbəb olur. , həkim vurğulayır. Yulaf lopaları, qoz-fındıq ləpələri və baldan ibarət ənənəvi Amerikan qəlyanaltı-səhər yeməyi olan qranolanın da istehlakını məhdudlaşdırmalısınız, çünki onun da kalorisi çoxdur.

Bu qidaların hamısı həddindən artıq istehlak edildikdə çəki artımına səbəb ola bilər. Buna görə də bədən ölçülərinizə nəzarət edirsinizsə, qəbul etdiyiniz  kalorilərin və karbohidratların ümumi sayını nəzərə almaq, daha sağlam və təbii məhsullardan istifadə etmək lazımdır.

Leyla