Toxumdan qabığına qədər qarpızın müalicəvi xüsusiyyətləri var. Bunları öyrəndikdən sonra qalıqları zibil qutusuna atmayacaqsınız.
Foodinfo.az xəbər verir ki, qarpızın əsas hissəsi bədəni zərərli toksinlərdən təmizləyir. Onun lifi bağırsaq hərəkətliliyini gücləndirdiyinə görə bağırsaq florasının faydalı mikroorqanizmlərinin fəaliyyətini yaxşılaşdırır.
Qarpız kökü yanıqları effektiv şəkildə sağaltmaq üçün kompres kimi istifadə edilə bilər.
Onun qabığından qıcıqlanmanı, şişkinliyi aradan qaldırmağa və ağız yaralarını müalicə etməyə kömək edən həlim hazırlaya bilərsiniz. Qarpız qabığı qan damarlarını genişləndirməyə kömək edən sitrulin ehtiva edir.
Qarpız toxumunun ləpəsi bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Çiy ləpələrin həlimi xroniki öskürək və həzm problemləri ilə mübarizə aparmağa kömək edəcək.
Nurlan