Tüt bəhməzi bir çox xəstəliklər üçün təbii dərman hesab edilir. Foodinfo.az xəbər verir ki, bəhməz qan azlığı və dəmir çatışmamazlığı aradan qaldırır.
Eyni zamanda mədə xəstəliklərində xüsusən, xora xəstəliyinə qarşı tut doşabı çox yaxşı təsir edir.
Bundan əlavə astma və bronxit xəstəliklərində faydalıdır. Soyuğa və soyuqdəyməyə qarşı tut doşabı orqanizmin müqavimətini və iş qabiliyyətini artırır. Tut bəhməzi idmançılar üçün ən güclü enerji mənbəyi, uşaqların böyüməsində və zehni inkişafında yardımçı olur.
Tut doşabı ilə qarqara edilərsə, ağız və boğaz xəstəliklərinə qarşı təsirli olur. Uşaqlarda tez-tez rast gəlinən ağız kandidozu xəstəliyinə qarşı geniş istifadə edilir.
Nərmin