Hazır qida tədarükü şirkətlərinin demək olar ki, bütün məhsulları “düzgün qidalanma” anlayışına uyğun gəlmir.
Foodinfo.az-ın məlumatına görə, mütəxəssislər qeyd edir ki, hətta plastik qablaşdırma belə sağlamlıq üçün təhlükəlidir.
Bundan başqa, təhlillər göstərir ki, bu cür yeməklərin hazırlanmasında ən ucuz ət və tərəvəzlərdən, qızartma və souslardan istifadə olunur ki, bu da sağlam qidalanma meyarlarına cavab vermir. Bu yeməkləri mütəmadi olaraq qəbul edənlər ürək xəstəliklərindən şikayət edir.
B o deməkdir ki, bəzi doymuş və ya keyfiyyətsiz yağlar var və yemək prosesində istifadə olunur. Bu cür yeməklərin balansı və kalorililiyi ilə bağlı illüziyalara qapılmaq lazım deyil. Mütəxəssislər deyir ki, yeməyin yüksək kalorili olması səbəbindən sağlamlıq problemləri yaranır.
Nurlan