Siz yağlı qidalar ürək-damar sisteminə mənfi təsir göstərir. 

Foodinfo.az xəbər verir ki, endokrinoloq Elvina Binatova Life.ru-ya müsahibəsində sağlamlıq üçün zərərli qidaları açıqlayıb.

"Yağlı qidaların tərkibində olan uzun zəncirli yağ turşuları qanda xolesterinin səviyyəsini artıra bilər. Yüksək xolesterin səviyyəsi damarların elastikliyini azaldır, bu isə qan təzyiqinin artmasına və arterial hipertenziya, ateroskleroz, insult və infarkt kimiürək-damar xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər”, - deyə həkim izah edib.

Bununla belə, bütün yağlar ürək və qan damarlarının sağlamlığına eyni dərəcədə təsir göstərmir. Balıq, zeytun yağı, avokado və qoz-fındıqda olan doymamış yağ turşuları, əksinə, ürək-damar xəstəlikləri riskini azalda və bədən funksiyalarını yaxşılaşdıra bilər. 

Bəs gündəlik rasiondan nələri qəti şəkildə çıxarmaq lazımdır?

İlk növbədə bu, doymuş yağlarla zəngin qidalardır: sosis və kolbasa məhsulları, yağlı ət, kərə yağı, qaymaq və yarımfabrikat yeməklər. Tort, qazlı içki, fastfud, çips kimi yüksək kalorili şirniyyat və qəlyanaltılardan da uzaq durmağa çalışın. Duzlu və konservləşdirilmiş qidalar, məsələn, hisə verilmiş ət, ədviyyatlı qoz-fındıq, pendir və marinadlar, həmçinin,  ürək üçün təhlükəlidir.

Bundan əlavə, spirtli içkilər də ürək-damar sisteminə mənfi təsir göstərir. Əlbəttə ki, ağ çörək, tez hazırlanan sıyıqlar və bu kimi digər qidalardan da imtina etmək məsləhətdir. Onların hamısı qanda şəkərin artmasına səbəb olur. Həkim rasionu sağlam qidalarla zənginləşdirməyi tövsiyə edir: balıq, göyərti, tərəvəz, bütöv taxıl çörəyi, meyvələr, duzsuz qoz-fındıq.

Fərid