Ürək və sinə ağrıları ən çox rast gəlinən xəstəliklərdən biridir. Bəs, bu sancıları təbii üsullarla aradan qaldırmaq mümkündür? Ürəklə bağlı problemləri gözardı etmək olmaz. Bu ağrıların yaranmasının bir çox səbəbi ola bilər: stres, düzgün qidalanmama, anadangəlmə, sinə nahiyəsindən alınan zərbə və s. Bu səbəbdən ilk olaraq həkimə müraciət etmək tövsiyə olunur. Ev şəraitində isə düzgün qidalanmaq, əsəbdən uzaq durmaq, mümkün qədər az şüa ilə təmasda olmaq məsləhətdir. Foodinfo.az axşam.az-a istinadən ürəyində ağrılar hiss edən şəxslər üçün qida rasionlarında yer almalı olan ərzaqları təqdim edir. Brokoli Brokoli müntəzəm istehlak edildikdə ağrıların nəzərə çarpacaq qədər azalmasına yardımçı olur. Alma Gündə ən az bir dəfə alma istehlak etmək bu şikayəti sonlandıracaq. Pomidor Pomidorun qida dəyəri son dərəcə zəngindir. Yalnız ürək sağlamlığı üçün deyil, ümumiyyətlə bədən üçün də faydalıdır. Pomidorun tərkibindəki likopen ürək sancılarını aradan qaldırır. Badımcan Badımcan ürək ağrılarını aradan qaldıraraq sürətli döyüntülərin qarşısını alır. Ritmi tənzimləyir və sancıya səbəb olan faktorları aradan qaldırır. Soğan Mütəxəssislərin tövsiyə etdiyi soğan və sarımsaq birlikdə istehlak edildikdə ürək sağlamlığına müsbət təsir edir. Bu ürək xəstəliyi riskini azaldır və onun daha yaxşı işləməsini təmin edir. Soğan həm də ürəyi gücləndirir. Zeytun yağı Zeytun yağı istehlak etməklə ürək-damar xəstəliklərinin və ağrılarının qarşısını ala bilərsiniz. Kivi Kivinin tərkibində ürək üçün lazım olan bütün minerallar var.