Hər valideyn övladının qida rasionuna ciddi nəzarət etmir, lakin uşağın şirniyyat və bulka ilə atışdırmaq vərdişi gələcəkdə onun sağlamlığına pis təsir edə bilər.
Foodinfo.az xəbər verir ki, uşaq endokrinoloqu Anastasiya Tarasko zərərli şirniyyatları düzgün qidalarla əvəz etmək üsullarından danışıb.
"Biz şirniyyata qadağa qoya bilmərik, hər yerdə olan şəkəri rasiondan çıxara bilmərik. Onu sadəcə gündəlik kalori miqdarının 10-15%-inə qədər azaltmaq lazımdır. Uşaq orqanizmi böyümək və inkişaf etmək üçün lazım olanları mütləq qəbul etməlidir: tərəvəz, zülal, dənli bitkilər. Bunların hamısını alırsa, o zaman azca şokolad ona zərər verməyəcək, heç onun özü də çox yeyə bilməyəcək", - deyə həkim bildirib.
Uşaq ümumiyyətlə şirniyyatsız qala bilmirsə, konfet və ona bənzər şirniyyatları meyvə və giləmeyvə ilə əvəz etmək olar. Amma buna da hər uşaq razı olmaz. Belə halda ona şəkərsiz, meyvəli pastila almaq olar. Günümüzdə digər alternativ şirniyyatlar da az deyil.
Fərid