Oksford Universitetinin ekoloq və dietoloqları ət yeyənlərin və veqanların atmosferə təsiri ilə bağlı araşdırma aparıblar.

Foodinfo.az xəbər verir ki, təhlil üçün 55 min insanın qidalanması ilə bağlı məlumatlardan istifadə edilib. 

Məlumat beş əsas göstərici ilə əlaqələndirilib: istixana qazları emissiyaları, torpaqdan istifadə, sudan istifadə və onun çirklənməsi, biomüxtəlifliyin itirilməsi. Tədqiqat zamanı qida məhsullarının istehsal olunduğu yer də nəzərə alınıb.

Tədqiqat iştirakçıları altı qrupa bölünüblər: veqanlar, vegetarianlar, pesketarianlar (balıq əti və dəniz məhsullarından başqa ət yeməyənlər), rasionda ətin miqdarı az, orta və çox olan insanlar. 

Məlumatların təhlili göstərib ki, bir ət yeyənin ətraf mühitə təsiri təxminən üç veqan ilə eynidir. Tədqiqatçıların fikrincə, bir vegan ət yeyənlə müqayisədə 75% daha az istixana qazları buraxır.

Oksford mütəxəssislərinin fikrincə, ət və süd istehsalının ətraf mühitə bitki mənşəli qidalardan daha çox təsiri var. Bu təsir 3 dəfədən 100 dəfəyə qədər yüksək ola bilər. Səbəb odur ki, ət istehsalı üçün daha çox torpaq lazımdır, heyvandarlıq üçün daha çox ağac kəsilir ki, bu da karbon emissiyalarına təsir göstərir.

Leyla