Yayda yeyilən meyvə və tərəvəzlər orqanizmdə vitaminlərin yığılmasına kömək etmir. 

Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq Yekaterina Kazaçkova deyib. 

Onun sözlərinə görə, vitamin kompleksləri il boyu qəbul edilsə, yaxşıdır.

“Əgər insanlar yayda bazarlardan və ya mağazalardan aldıqları meyvə-tərəvəzi yeməklə bir illik vitamin topladıqlarını düşünürlərsə, bu, belə deyil”, - deyə ekspert bildirib.

Mütəxəssis qeyd edib ki, tərəvəz və meyvələr çox vaxt vitaminləri az olan torpaqda yetişdirilir. Bundan əlavə, müəyyən müddətdən sonra suda həll olunan vitaminlər bədəndən xaric olur, yalnız yağda həll olunan vitaminlər (D, E, A) qalır.

Endokrinoloqun sözlərinə görə, vitamin komplekslərini mütəxəssisin köməyi ilə seçmək lazımdır. Çünki çox vaxt bədəndə nəyin çatışmadığını yalnız həkim müəyyən edə bilər. 

Eyni zamanda, Kazaçkova hüceyrə quruluşunun keyfiyyətinə təsir edən omeqa-3 turşularını davamlı olaraq qəbul etməyi məsləhət görüb.

“Bundan əlavə, vitamin E, bioflavonoidlər, selenium kimi antioksidanlar da qəbul etmək lazımdır”, - deyə həkim əlavə edib.

Natəvan