Xərçəng insanın üzləşə biləcəyi ən dəhşətli xəstəliklərdən biridir. Lakin xərçəngdən qorunmağın bir yolu müəyyən qidaları daha çox qəbul etməkdir.

Foodinfo.az xərçəngin qarşısını almağa kömək edəcək tərəvəz, meyvə və giləmeyvələri təqdim edir.

1. Qırmızı giləmeyvələr. Onlar hüceyrələri zərərdən qoruyan antioksidanlarla zəngindirlər. Elmi araşdırmalar göstərir ki, daha çox çiyələk yeyən insanlar ağciyər, döş və yoğun bağırsaq xərçənginə daha az meyllidirlər.

2. Brokkoli. Bu tərəvəzin tərkibində immun sistemini gücləndirən və sağlam hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinin qarşısını alan qlükozinolatlar var.

3. Pomidor. Onlar yaxşı likopen mənbəyi hesab olunurlar. Bu antioksidant prostat xərçəngi riskini aşağı salır.

4. Kök. Onunla tərkibində bədəndə A vitamininə çevrilən beta-karotin mövcuddur. Bu vitamin hüceyrələrin bərpasında və böyüməsində mühüm rol oynayır, normal hüceyrələrin xərçəngə çevrilməsinin qarşısını alır.

5. İri yarpaqlı tərəvəzlər. Lif və A, C, E vitaminlərini ispanaq, ağ kələm, kahı kimi tərəvəzlərdən ala bilərsiniz.

Nərmin