Ekspertlər qreyfurtun xərçəng və xolesterola qarşı mübarizədə effektiv vasitə olduğunu qeyd edirlər. 

Foodinfo.az xəbər verir ki, bu barədə “Yeniçağ” qəzeti yazıb. 

Qreyfurt C vitamini ilə zəngindir. Bir meyvədə 82 mq C vitamini vardır. Qırmızı qreyfutda əlavə olaraq likopen adlı maddə var ki, bu da xərçəngin bəzi növlərinə qarşı effektiv vasitə sayılır.

Bu meyvə həmçinin xolesterol səviyyəsini aşağı salmağa da kömək edir. Dilimləri bir-birindən ayıran hissədə yüksək miqdarda peletin maddəsi vardır. Bu maddə zərərli xolesterolu minimuma endirə bilir. Məhz bu xüsusiyyəti ilə infarkt və iflic riskini əhəmiyyətli dərəcədə azaldır.