Xiyar pəhrizlərin və detoks sularının əvəzolunmaz tərkib hissələrindən biridir. Aperatif olması ilə yanaşı, çox sağlam və qidalıdır.
Foodinfo.az xiyarın sağlamlığa 8 mühüm faydasını təqdim edir.
1- Qidalandırıcıdır
Xiyarın əhəmiyyətli bir hissəsi sudan ibarətdir. Buna görə də yağ və kalorisi azdır. C və K vitaminlərinin anbarı olan xiyar qidalanmada bizim üçün çox faydalıdır. Arıqlamaq istəyirsinizsə, xiyar istehlakı sizə kömək edəcək.
2- Xərçəngə qarşı qorunma təmin edir
Xiyar güclü antioksidantlardan biridir. Xərçəng riskini artıran sərbəst radikallarla mübarizə aparan xiyar xərçəngə qarşı güclü qoruma təmin edir. Buna görə də gündəlik qida rasionunuza xiyar daxil etmək faydalıdır.
3- Su ehtiyacını ödəyir
Yuxarıda qeyd etdiyimiz kimi, xiyarın tərkibində 96% su var. Beləliklə, 1 xiyar yeyəndə bir stəkan su içirsiniz. Əgər su içməyi unutmusunuzsa, gün ərzində ən azı 2 xiyar istehlak etməyə çalışmalısınız.
4- Bədəni təmizləyir
Detoks reseptlərini araşdırdığınız zaman xiyarın əksər reseptlərdə olduğunu görərsiniz. Sidikqovucu təsirə malik olan xiyar ağciyər, bağırsaq və qanınızdakı toksinlərin təmizlənməsində də çox təsirlidir.
5- Arıqlamağa kömək edir
Lifli meyvələrdən biri olan xiyar pəhrizlərdə çox faydalı qidadır. Pəhriz siyahısına rahatlıqla əlavə edə biləcəyiniz xiyar, ödem xüsusiyyəti ilə arıqlama prosesinizi sürətləndirəcək. Onu salatlarınıza əlavə edə və ya qəlyanaltı olaraq istifadə edə bilərsiniz.
6- Sümükləri gücləndirir
Xiyar tərkibindəki yüksək K vitamini sayəsində sümük sağlamlığına faydalı olan qidalardan biridir. Sümükləri gücləndirərkən qanın laxtalanmasını təmin edən xiyar bu faydasına görə uşaqlar tərəfindən istehlak edilməlidir. Bundan əlavə, menstruasiya zamanı xiyar istehlakı qadın sağlamlığı üçün çox faydalı hesab olunur.
7- Dəriyə qulluqda təsirlidir
Xiyarı qida olaraq istehlak etdiyimiz zaman belə dərimiz üçün çox faydalıdır. Bu səbəblə birbaşa dərinizə xiyar müalicəsi etmək faydalıdır. Beləliklə dərinizdə olan sızanaqlar daha asan sağalacaq.
8- Baş ağrılarını aradan qaldırır
Baş ağrıları əsasən orqanizmin susuz qalması səbəbindən baş verir. Xiyarın su nisbətinin yüksək olması bu problemi minimuma endirəcək. Baş ağrınız zamanı bol su və xiyar istehlak etməlisiniz.