Orqanizmdə xroniki iltihab prosesi qarşısı alınmazsa sistem halına keçir. Bunun üçün xəstə qida rasionunu tam dəyişməlidir.
Foodinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, həkim Sergey Aqapkin yaşla əlaqədar insan bədənində sistem xəstəliklərinin yarana biləcəyini deyib.
“Hüceyrələr zədələnir, onlardan iltihab yaradan molekullar hasil olur. Bu da orqan və toxumaların tükənməsinə səbəb olur.
Orqanizmin qocalması 20% genlərdən, 80% isə nə yediyindən asılıdır.
Vəziyyəti qidanı korrektə etməklə dəyişmək olar.
Xroniki iltihab bədənin içərisində, daxildə gedən, gözlə görünməyən neqativ haldır.
Xroniki iltihaba məruz qalan orqanlardan biri də beyindir. Beyində hüceyrə səviyyəsində iltihab baş verəndə depressiya, apatiya başlayır.
Beyini iltihabdan qorumaq üçün Omeqa 3, yağlı balıq , balıq yağı, okean balıqları yemək lazımdır. İnsana gündə 1,5 qr balıq yağı tələb olunur. Təəssüf ki, sovet dövründən bizim menyumuz bundan əskikdir. Biz daha çox karbohidrat, çörək, ət yeyirik. Hər insan həftədə 3 dəfə yağlı balıq yeməlidir, qalan günlər Omeqa 3 qəbul etsin.
Digər orqan ürəkdir. Onu iltihabdan qorumaq üçün bənövşəyi rəngdə nə meyvə-tərəvəz varsa, xüsusilə badımcan yemək laızmdır. Bənövşəyi rəng antosianlar rəngidir. Onlar güclü antioksidant olub, damarların divarını qoruyur. Gündə bir dəfə əlvan rəngli meyvə, tərəvəz yemək mütləqdir.
Kivi də xırda damarları daxili xroniki iltihabdan qoruyur. Burda askorbin turşusu, vitamin B3, rutin, C, D vitamini də lazımdır. Onlar qanın mikrosilyasiyasına təkan verir”.
Həkim həmçinin günə 2-3 müxtəlif meyvə yeməyi tövsiyə edib.
Eləcə də kələmkimilər, gül kələmi hüceyrələri oksidləşməkdən qoruyur, xərçəngə qarşıdır.