Ramazan süfrələrinin vazkeçilməzi olan xurmanın bir çox faydaları vardır.
Foodinfo.az Medicina.az-a istinadən xurmanın 8 faydasını təqdim edir:
TOXLUQ HİSSİ YARADIR
Xurma diet lifləri baxımından zəngin meyvədir. Toxluq hissi yaradır. İmsak və sahurda xurma kimi liflərlə zəngin qidalara yer vermək lazımdır.
İMMUN SİSTEMİNİ DƏSTƏKLƏYİR
Aparılan araşdırmalara görə xurma immunitet sisteminə təsir edir, onu dəstəkləyir.
ŞİRNİYYAT İSTƏYİNƏ QARŞI YEYİLİR
Özünə aid aroması və şirin dadı ilə xurma şirniyyat istəyinizin qarşılanması üçün yaxşı seçimdir.
QƏBZLİYİN QARŞISINI ALIR
Xurma sağlam qidalanmanın önəmli bir parçasıdır. Həmçinin qəbzliyin qarşısını alır.
ÜRƏYİ QORUYUR
Xurma orqanizmdə önəmli yeri olan potasium qaynağıdır. Ona görə də ürək sağlamlığını qoruyur, infarkt riskini azaldır.
GÖZ XƏSTƏLİKLƏRİNƏ QARŞI QORUYUR
Xurma yaşla bağlı olan göz xəstəliklərinə qarşı qoruyur.
ENERJİNİZİ QORUYUR
Başda B6 vitamini olmaqla orta miqdarda B1, B2 vitamini və niacin tərkibli xurma gündəlik B vitamininin qarşılanmasına dəstək olur.
GÜCLÜ SÜMÜKLƏR ÜÇÜN ÖNƏMLİDİR
Başda fosfor olmaqla kalsium, maqnezium, sink kimi mineralları tərkibində saxlayan xurma sümük sağlamlığının qorunmasında da önəmli yerə sahibdir.
HƏM TƏZƏ, HƏM QURU HƏR MÖVSÜM YEYİN
Tərkibi ilə çox faydalı olan bu qidanı yanlız Ramazanda deyil, həm təzə, həm də quru halı ilə hər fəsildə yemək olar.