Yaponiyada aparılan yeni bir araşdırmada elm adamları pendirin yeni bir faydasını kəşf etdiklərini açıqlayıblar. Təxminən 2 min insanın iştirak etdiyi araşdırmada müntəzəm pendir istehlakının beyinə müsbət təsir göstərdiyi sübuta yetirilib.
Foodinfo.az-ın məlumatına görə, yaşı 65-dən yuxarı olan 1500-dən çox insanın araşdırıldığı araşdırma müntəzəm olaraq pendir yeyənlərin koqnitiv testlərdə daha yaxşı nəticə əldə etdiyini ortaya çıxarıb. Nəticələr göstərdi ki, süd məhsulları istehlak edənlərdə demans riski daha azdır.
Bundan əlavə, pendir yeyənlərin bədən kütlə indeksi və qan təzyiqi bir qədər aşağı, yerimə sürəti isə daha yüksək olub.
İdeal çəki saxlamaq və spirt istehlakında limitləri aşmamaq kimi faktorlar demans riskini azaldan faktorlar arasındadır.
Tədqiqatçılar soya, tərəvəz, dəniz yosunu, süd və süd məhsullarının yüksək qəbulunun da demans riskini azaltdığını bildiriblər.
Osteoporoz kalsium çatışmazlığından yaranır. Xüsusilə azalmış estrogenli menopozlu qadınlar üçün kalsium və protein mənbəyi lazımdır. Pendir osteoporozun qarşısını alan ən məşhur qida mənbəyidir.
Pendir miqren ağrısını da aradan qaldırmağa kömək edir. Kalsium qəbulu miqrenin yaratdığı problemləri azaldır. Kalsium pendirdə boldur.
Pendir tərkibindəki B vitaminləri sayəsində hüceyrə mübadiləsinə və hüceyrələrin yenilənməsinə kömək edir. Tərkibindəki A, C və E vitaminləri sayəsində dəridəki ləkələrin, həmçinin selülitin qarşısını alır.
Az yağlı pendir yaxşı bir zülal qaynağı olduğundan səhər yeməyi və naharda yumurta, təzə çiyələk, meyvələrlə birlikdə istehlak edildikdə saçlarınız üçün çox faydalıdır.
Balanslaşdırılmış şəkildə istehlak edildikdə, kəsmik pendir bədən çəkisini, əzələ çəkisini və sümük sıxlığını da dəstəkləyir.