Sağlam pəhriz demensiyadan müdafiə olunmaq üçün ən yaxşı vasitələrdən biridir. Demensiyaya səbəb beyində sinir hüceyrələrinin və onların əlaqələrinin zədələnməsi və ya itirilməsidir. Yaş kimi bəzi risk amilləri müzakirə olunmur, digərləri isə tamamilə bizdən asılıdır.
“Beyin sağlamlığı üçün ən yaxşı qida məhsulları çeşidli meyvə və tərəvəzlərdir. Beyin zəifliyindən müdafiə olunmaq üçün meyvə ilə müqayisədə tərəvəzlər, xüsusilə də yarpaqlı göyərti, daha vacib görünür. Koqnitiv funksiyaların azalmasından çox güman ki, yaxşı müdafiə edən giləmeyvələrin qəbulu istisna olunur”, - deyə həkim-nevroloq Aleksandra Alyoxina bildirib. Bu barədə Foodinfo.az “MedikForum”a istinadla xəbər verir.
Tədqiqat gələcəkdə koqnitiv funksiyaların azalmasının qarşısını almaq üçün erkən yaşda meyvə və tərəvəzlərin qəbulunun vacibliyini vurğulayır. “Müəyyən olunub ki, gənclik illərində daha çox miqdarda meyvə və tərəvəz qəbul edənlər yaşlı vaxtda daha yaxşı koqnitiv funksiyalara malik olub. Tərəvəzlərin qəbulu meyvələrdən fərqli olaraq daha təsirli olub, üstəlik pomidor/qırmızı tərəvəzlərdə olan likopin və sarı/narıncı tərəvəzlərdə olan beta-karotin kimi qida maddələri ən yaxşı təsir göstərib”, - deyə A.Alyoxina qeyd edib.
Həkim izah edib ki, görünür lif beyin sağlamlığına “faydalı təsirdə” mühüm rol oynayır. Maraqlıdır ki, karbohidratlar 2 tip diabet və yüksək qan təzyiqi də daxil olmaqla, demensiyanın törədiciləri hesab olunan bir çox yoluxucu xəstəliklər riskini azalda bilər.
Lif də bağırsaq bakteriyalarına fayda gətirir, beləliklə, onlar beyin vəziyyətinə səbəb olan amillərdən biri olan iltihabın səviyyəsini azalda bilər. Tərkibində lif olan çoxlu sayda müxtəlif tərəvəz və meyvələrin mövcud olmasına baxmayaraq, yarpaqlı göyərti daha faydalı görünür.