Süfrədə tez-tez istehlak etdiyimiz yaşıl mərcimək lif saxlama xüsusiyyəti ilə bir çox sağlamlıq faydalarına malikdir. Yaşıl mərciməkdən salatlardan şorbalara qədər bir çox yeməklərdə istifadə etmək mümkündür.
Mətbəxlərimizdə tez-tez yaşıl mərciməkdən istifadə edirik. Tərkibində yüksək lif olan yaşıl mərcimək həzm sistemini tənzimləyir və damarların tıxanmasına qarşı çox təsirlidir.
Həkimlər lif mənbəyi olan yaşıl mərciməyin də şəkər xəstələri üçün ideal qidalardan olduğunu bildirirlər.
Foodinfo.az yaşıl mərciməyin faydalarını təqdim edir:
- Yaşıl mərcimək liflə zəngin paxlalılar növüdür. Lifli qidaların sağlamlığa təsiri bağırsaq sisteminin nizamlı işləməsi deməkdir.
- Yaşıl mərcimək yeyəndə bağırsaqlarınız daha da aktivləşəcək. Bu vəziyyət nəticəsində qəbizlik kimi problemlər aradan qalxacaq.
- Mərcimək bədəninizə daxil olan şəkərin enerjiyə çevrilməsində çox təsirlidir. Bu metabolik fəaliyyət nəticəsində qan şəkəriniz balanslaşdırılır və diabet ehtimalınız aradan qalxır.
- Bu mərcimək tərkibindəki şəkərin az olması səbəbiylə şəkər xəstəliyinin qidalanmasında mühüm yer tutur.
- Bütün paxlalılar kimi yaşıl mərcimək də ürəyinizin sağlamlığında mühüm rol oynayır. Yüksək xolesterolu azaldır və aterosklerozun qarşısını alır. Damarların sağlamlığını qoruyaraq damarlarda yağ əmələ gəlməsinin qarşısını alır.
- Bədənə verdiyi enerjiyə görə üstünlük verilən yaşıl mərcimək idmançıların və pəhriz saxlayanların vazkeçilməz qidasıdır. O, əzələ hüceyrələrinin bərpasını təmin edir və idmançılarda əzələ formalaşmasını sürətləndirir.
- Tərkibindəki yüksək dəmir və maqnezium nisbəti sayəsində anemiya problemlərini aradan qaldırır. Anemiya xəstələrinin yeməklərinə əlavə etmələri tövsiyə olunan yaşıl mərcimək qırmızı qan hüceyrələrinin formalaşmasında və sağlamlığında təsirlidir.
- Yaşıl mərcimək B vitaminlərinin qaynaqlarından biridir. B vitaminləri sayəsində sinir sisteminin sağlamlığını qoruyur. Hormonların daha sağlam işləməsinə də kömək edir.
-Uşaqlara yaşıl mərci şorbası yedizdirdiyiniz zaman onlara inkişafını dəstəkləyən bütün vitamin və mineralları verirsiniz.
- Gələcək analar fol turşusu əsaslı qidalardan istifadə etməlidirlər. Yaşıl mərcimək də fol turşusu yüksək olan qidadır. Körpənin ana bətnində inkişafı üçün bu qidaya üstünlük vermək lazımdır.