Zeytunun həm yaşılı, həm də qarası möcüzədir. Və bu mükəmməl meyvənin xam və yetişmiş formasını müqayisə etmək asan deyil. Birinin digərindən üstünlüyünü müdafiə etmək də mənasız və lazımsızdır.

Qara zeytun yemək vərdişlərimizdə artıq öndədir. Səhər yeməyi və qəlyanaltılarımızda həmişə qara rəng üstünlük təşkil edir.

 Foodinfo.az xəbər verir ki, yetişmiş bir meyvə olaraq, qara zeytun çox su itirdiyi üçün yağ baxımından yaşıl zeytundan iki qat daha sıxlığa malikdir. Buna görə də kalorisi daha yüksəkdir

Diyetoloqların “bir porsiya” olaraq təyin etdiyi “5-6” (təxminən 15 qram) zeytunlarda yaşıl zeytunda təxminən 20, qara zeytunda isə 50 kalori var. Bundan əlavə, qara zeytunun pulpası, natrium və fosforu yüksəkdir.

Yaşıl zeytunda isə daha çox su və daha güclü A vitamini var. Zeytunun yaşıl və qara rəngi fenolik birləşmələrlə, xüsusilə hidroksitirozolla son dərəcə zəngindir. Buna görə də hər ikisi "xərçəng əleyhinə" qidalar siyahısındadır.

Yenə də hər ikisində çoxlu terpen qrupu antioksidantları, əsasən də oleuropein var. Bu maddə həm də güclü ağrı kəsici və sümük qoruyucudur.

 Zeytunun qara və ya yaşıl olduğuna baxmadan gündə 10-15 zeytun yeyin. Yox əgər "mənim çəki problemim var" deyirsinizsə, o zaman zeytunun qarasını deyil, yaşılını seçin.