Yayın ən sevimli tərəvəzlərindən olan badımcan faydalı vitamin və minerallarla zəngin tərəvəzdir. Onun tərkibində "B1", "B6", "K" və "C" vitaminləri, həmçinin kalium, maqnezium, mis və manqan kimi mikroelementlər var. Bundan əlavə, bu tərəvəz əla lif mənbəyidir.

 Foodinfo.az oxu.az-a istinadən bildirir ki, badımcan - bədəndəki iltihabı, ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır, ürəyin sağlamlığını yaxşılaşdırır və qanda xolesterol səviyyəsini aşağı salmağa kömək edir.

Badımcan təkcə dadlı və qidalı yemək deyil, həmçinin aşağı kalorilidir, arıqlamaq istəyən insanlar üçün əla seçimdir. Bu tərəvəz iştahanı idarə və həzmə kömək edir, qəbizliyin qarşısını alır. Ancaq onları közdə, ya suda bişmiş, yaxud da pörtlədilmiş şəkildə yemək ən yaxşısıdır, yağda qızardarkən, tərəvəzin kaloriliyi artır.

Sağlamlıqla bağlı bir sıra faydasına baxmayaraq, badımcan bəzi mənfi təsirlərə səbəb ola bilər.

Birincisi, bəzi insanların bu tərəvəzə qarşı allergiyası ola bilər ki, bu da qaşınma, dəri səpgiləri və ya mədə-bağırsaq pozğunluğu kimi müxtəlif narahatlıqlar yaradır.

Həmçinin badımcan təbii toksin olan solanin ehtiva edir və çox miqdarda istehlak edildikdə zəhərlənməyə səbəb ola bilər.

Bundan başqa bu tərəvəzlərin tərkibində insanlarda böyrək daşları yaradan oksalatlar var.

Qeyd etmək yerinə düşər ki, badımcanın zərəri adətən onların sui-istifadəsi ilə bağlıdır. Onların tövsiyə olunan qəbulu həftədə iki dəfədən çox deyil.