Arıqlamaq üçün özümüzü yalnız qidalardan məhrum etmək və ya idmanla məşğul olmaq lazım deyil. Həm də düzgün qidalanma yolu ilə də buna nail olmaq mümkündür. 
Foodinfo.az rusiyalı dietoloq Marina Sorokinanın mövzu ilə bağlı məsləhətlərini qeyd edir.
Dietoloq sözlərinə görə, sevimli yeməklərlə vidalaşmaq lazım deyil, ancaq metobolizmi gücləndirən qidalara üstünlük verilməlidir.
Giləmeyvələr - yalnız dadlı deyil, həm də sağlamdırlar. Moruq, qaragilə, böyürtkən həzm üçün faydalı olan çoxlu lif və antioksidantlar ehtiva edir. Bundan əlavə, giləmeyvə xərçəngin inkişaf riskini azaltmağa kömək edəcək.
Avokado - olduqca ləziz və faydalı ərzaqdır. Omeqa-3, yod və kalsiyumla olduqca zəngindir. 
Ispanaq - tərkibində yüksək miqdarda B vitamini var. Bu, maddələr mübadiləsini gücləndirməklə yanaşı, sinirləri gücləndirir və əzələ tonusunu qoruyur.
Mal əti - zülalla zəngin olan ətin həzm edilməsi çətin prosesdir. Bu zaman orqanizm bədən qəbul etdiyindən daha çox kalori itirəcək.
Acı bibər – metobilizmi gücləndirməklə yanaşı, iştahı da azaldır.

Leyla