Qarpız və yemiş yayın ən sevimli sərinləşdirici meyvələrindən hesab edilir. Yemişin tumlarını qurutmaq və müxtəlif müalicəvi məqsədlərlə istifadə etmək olar.
Foodinfo.az medicina.az-a istinadən bu faydaları təqdim edir:
- Prostat vəzinin fəaliyyətini yaxşılaşdırır, kişi cinsiyyət sistemi xəstəliklərinin qarşısını almağa kömək edir. Bu məqsədlərlə tumları qurutmaq, qəhvəüyüdəndə üyütmək və gündə 3 dəfə 1 çay qaşığı olmaqla qəbul etmək lazımdır.
- Bronxları yaxşı təmizləyir, öskürəyi azaldır, xroniki öskürək zamanı kömək edir. Üyüdülmüş tumları 1:8 nisbətində su ilə yaxşı qarışdırın, süzün və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edin.
- Qanda şəkərin səviyyəsini tənzimləyir, qurdqovucu təsirə malikdir.