Yemiş qaranlıq və sərin yerdə saxlanmalı, sərt səthə qoyulmamalı, kəsildikdən sonra soyuducuda saxlanmalı və son istifadə müddətinə riayət edilməlidir.
Foodinfo.az bildirir ki, bu məsləhətləri Rusiya Keyfiyyət Sisteminin (“Roskaçestvo”) mütəxəssisləri veiblər.
Yemiş bol fol turşusu (vitamin B9), beta-karotin (vitamin A), C və P vitaminlərinin mənbəyidir. Onun içi silisium, dəmir, kalium, maqnezium, liflə zəngindir və bədən toxumalarının zədələnməsinin qarşısını alan xüsusi fermentə malikdir. Lakin düzgün saxlanılmadıqda fayda mütləq zərərə çevriləcək.
Ev şəraitində bütöv yemiş təxminən bir həftə saxlanıla bilər. Onu birbaşa günəş şüalarından və istilik cihazlarından uzaq tutmaq lazımdır, çünki günəş və istilik yetişmə prosesini sürətləndirə bilər.
Yemiş kəsildikdən sonra kəsik hissələri konteynerə yerləşdirmək və qapaqla sıx bağlamaq yaxşıdır. Meyvənin yarısı qaldıqda isə onu qida plyonkasına bürümək məsləhətdir. Hər iki halda, kəsilmiş yemiş soyuducuda saxlanmalıdır, lakin ekspertlər onu üç gün ərzində yeməyi tövsiyə edirlər.
Natəvan