Dağa dırmaşarkən üşüməmək və enerji toplamaq üçün kərə yağı ilə qəhvə içən tibetlilər yeni cərəyanın öncülü oldular.

 Foodinfo.az xəbər verir ki, son tədqiqatlar yağın ürək-damar xəstəlikləri, insult və 2-ci tip diabet riskini azaltdığını göstərdikdə yağlı qəhvə dəb halına gəlib. Bodrumun ən dəbdəbəli otellərindən birinin menyusunda yer alan və stəkanı 300 lirəyə satılan yağlı qəhvə artıq böyük diqqət çəkir.

YAĞLI QƏHƏ NECƏ HAZIRLANMALIDIR?

Lazımi materiallar:

1 qəhvə fincanı su

1 çay qaşığı qəhvə

1 çay qaşığı duzsuz kərə yağı

istəyə görə bal

Hazırlanması:

Əvvəlcə bir stəkan su, 1 çay qaşığı türk qəhvəsi və 1 çay qaşığı kərə yağı qəhvə qabına qoyulur və vam odda qaynadılır.

Bu vaxt qarışıq qarışdırılmalı və kərə yağı yaxşıca əridilməlidir.

Türk qəhvəsi bişirilərkən qarışdırıldıqda həmişə daha çox köpüklü olur.

Qəhvədəki su soyuq olmalıdır. Əks halda həm dadı, həm də görünüşü arzuolunan olmayacaq.

Əgər şəkərli qəhvəni sevirsinizsə, ona bir az şəkər əlavə etmək olar.Qəhvə köpüb qalxmağa başlayanda ocaqdan götürülüb fincana tökülərək su ilə süfrəyə verilir.