Fərdi Kardiologiya İnstitutunun direktoru, kardioloq Filipp Kopılov hipertoniyanı özbaşına  müalicə etməyin təhlükəli olduğunu vurğulayıb.

Foodinfo.az xəbər verir ki, həkim dərmanlardan imtina edib xalq təbabətinə keçməyin sağlamlıq və həyat üçün təhlükəsindən danışıb.

Kardioloqun sözlərinə görə, təzyiqi normallaşdırmaq üçün həkimin yazdığı dərmanlardan imtina etmək böyük səhvdir. Xalq təbabəti yalnız köməkçi vasitə ola bilər.

Bundan əlavə, rasiondan duzlu, yağlı və qızardılmış qidaları çıxarmaq lazımdır. 

"Bu cür qidalanma ürək-damar sisteminin vəziyyətini yalnız ağırlaşdırır", - deyə Kopılov xəbərdarlıq edib.

Nərmin