Mütəmadi şəkildə toyuq yumurtası yedikdə ikinci tip diabet təhlükəsi xeyli artır.
Foodinfo.az Report-a istinadən xəbər verir ki, “British Journal of Nutrition”da Çin Tibbi Unniversiteti (Taiçunq, Taivan), Cənubi Avstraliya Universiteti (Adelaida), Qətər Universiteti (Doha) əməkdaşlarının dərc olunan tədqiqatda 1991-2009-cu illər ərzində 8 545 nəfərin qidalanmasına dair məlumatlar təhlil olunur.
Müəlliflərin gəldiyi nəticəyə görə gündə orta hesabla 38 qramdan artıq yumurta yeyənlərdə diabet riski 25 faiz, 50 qramdan (bir ədəd yumurta) artıq yeyənlərdə isə 60 faiz artır. Həmçinin qadınlarda bu risk kişilərə nisbətən daha yüksəkdir.
Bunlar sırf statistik rəqəmlərdir. İndi yumurtanın insan orqanizminə bu təsirinin mexanizmi də tədqiq olunmalıdır.