Pandemiya dövründə ən çox zərərə düşən müəssisələrin sırasında restoranların xüsusi yeri var. Bəs onlara necə kömək etmək olar? Misal üçün, 19 dollarlıq yemək sifariş edib, 1 000 dollar çaypulu verməklə. Foodinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, Birləşmiş Ştatlarda italyan mətbəxi restoranında müştərilərdən biri məhz belə hərəkət edib. Gözlənilməz böyük məbləğdə çaypulu həmin vaxt növbədə olan ofisiantlar arasında bölüşdürülüb.