“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilib.  Foodinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sənəd imzalayıb. 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına tələblər nəzərə alınmaqla icazə verilir: Almaniya Federativ Respublikası; Avstriya Respublikası; Belçika Krallığı; Çexiya Respublikası; Danimarka Krallığı; İrlandiya Respublikası; İspaniya Krallığı; İsveç Krallığı; İsveçrə Konfederasiyası; Kanada; Lüksemburq Böyük Hersoqluğu; Malta Respublikası; Niderland Krallığı; Polşa Respublikası; Portuqaliya Respublikası; Serbiya Respublikası; Sinqapur Respublikası; Sloveniya Respublikası; Slovakiya Respublikası; Yunanıstan Respublikası.