Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) tərəfindən nəşr olunan hesabatda, qida yoluxmaları ilə xəstəxanaya yerləşdirilmələrin və ölümlərin sayının 2021-ci ilə nisbətən daha çox olduğunu ortaya çıxıb.

2022-ci ildə 27 Avropa İttifaqına üzv dövlət və Şimali İrlandiyada 5,763 epidemiya, 48,605 xəstəlik, 2,783 xəstəxanaya yerləşdirilmə və 64 ölüm halı qeydə alınıb. Bosniya və Herseqovina, İslandiya, Monteneqro, Norveç, Şimali Makedoniya, Serbiya və İsveçrədə ümumilikdə 108 epidemiya, 2166 hadisə, 186 xəstəxanaya yerləşdirmə və bir ölüm baş verib.

Belçika, Fransa, Hollandiya və İspaniya epidemiyaların dörddə üçünü təşkil edib. Fransada 1861, Hollandiyada 1162, Belçikada 830 və İspaniyada 591 hal var.