Orqanizmimizdə hər bir vitaminin öz funksiyası vardır. Həmin vitaminin çatışmazlığı da bir çox problemlərin yaranmasına səbəb olur.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
A vitamini çatışmazlığının səbəb olduğu problemlər:
Görmə problemləri, dəridə quruluq, saç və dırnaqlarda qırılmalar, infeksiyalara qarşı müqavimət azalır, halsızlıq yaranır, dodaqlarda yaralar və dildə qızartılar yaranır, qaraciyərdə bu vitaminin ehtiyatı azalır və bu qana da təsirsiz ötüşmür.
İki tip A vitamini olduğu üçün A vitamini mənbələri də iki qrupa bölünür:
Əvvəlcədən formalaşdırılmış A vitamini balıq, pendir, balıq yağı və s. kimi məhsullarda olur.
Provitamin A isə balqabaq, brokoli, kök, ispanaq, kələm, qırmızı bibər, cəfəri, şirin kartof və portağal kimi məhsullardan əldə edilir.
Fərid