ABŞ alimləri müəyyən ediblər ki, sağlam çəkini qorumaq insanların 90 yaşadək yaşamasına kömək edə bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə “Express” qəzeti San Dieqodakı Kaliforniya Universitetinin mütəxəssislərinin müvafiq araşdırmasına istinadən yazır.
Alimlər əmindirlər ki, arıqlamaq istənilən yaşda mümkündür və orqanizmə mütləq böyük fayda gətirəcək.
Belə ki, müxtəlif cins və yaşdan 54 mindən çox insanın məlumatlarını tədqiq edən ekspertlər belə qənaətə gəliblər ki, 60 yaşına qədər çəkisini dəyişib normaya salanların 90 yaşadək yaşamaq şansları artıb.
Nəşr qeyd edir ki, burada söhbət insanın özünün nəzarətdə saxladığı sağlam çəkidən gedir. Eyni zamanda, çəki çatışmazlığının da piylənmə qədər təhlükəli olduğu vurğulanır.