2021-ci il 13 iyul tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən reabilitasiya mərkəzlərində qidalanmanın düzgün təşkil edilməsinə dəstək məqsədilə “Reabilitasiya mərkəzlərində qidalanmanın təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri” mövzusunda onlayn təlim keçirilib.
Foodinfo.az-ın məlumatına görə, təlimə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) respublika üzrə fəaliyyət göstərən 11 reabilitasiya mərkəzinin, eləcə də struktur bölmə rəhbərləri də qatılıb. Təlim çərçivəsində iştirakçılara bu sahədə mövcud yerli qanunvericiliyin, eləcə də qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələbləri izah edilib, metodiki dəstək göstərilib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir