Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən nəzarət tədbirləri və ölkəmizdə fəaliyyət göstərən bitkiçilik təsərrüfatlarından bu ölkəyə ixrac üçün müvafiq icazələrin verilməsində baş verən gecikmə halları müzakirə olunub. Eyni zamanda Azərbaycandan Rusiyaya ixrac olunan məhsullarda aşkar olunan uyğunsuzluqlara dair bildirişlərin vaxtında göndərilməməsi və bu bildirişlərdə rast gəlinən bir sıra uyğunsuzluqlar qarşı tərəfin diqqətinə çatdırılıb.
Tədbirdə, həmçinin Azərbaycandan Rusiyaya kartof məhsulunun ixracı zamanı iki halda kartofun qonur çürüməsi zərərli orqanizmi, pomidor məhsulunda qonur qırışıqlıq və pepino mozaika viruslarının aşkarlanması ilə bağlı daxil olan bildirişlər, eyni zamanda bu halların araşdırılması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Sonda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti arasında hazırda qarşılıqlı razılaşdırma mərhələsində olan “Pestisidlər və aqrokimyəvi maddələrdən təhlükəsiz istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinə dair fikir mübadiləsi aparılıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir