Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Aparılan sınaq nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalar beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.
Bu tədbirlər çərçivəsində Milli Referens Laboratoriyası İngiltərənin “FAPAS” təşkilatının həyata keçirdiyi toyuq ətində antibiotik qalıq miqdarının müəyyənləşdirilməsi laboratoriyalararası səriştəlilik sınağına qatılıb. Dünyanın qabaqcıl ölkələrində fəaliyyət göstərən laboratoriyaların da iştirak etdiyi səriştəlilik sınağında AQTİ-nin Milli Referens Laboratoriyası yüksək nəticə əldə edib.
Qeyd edək ki, bu günədək sınaq laboratoriyaları müxtəlif aparıcı ölkələrin laboratoriyalarının qatıldığı və İngiltərənin “FAPAS”, “LGC Standard” və “Pirbright”, Almaniyanın “Muva Kempten”, Fransanın “BİPEA” kimi təşkilatlarının rəhbərliyi ilə beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (“Proficiency Tests”) iştirak edərək yüksək nəticə göstərən laboratoriyalar sırasında yer alıb.
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər