Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə mütəmadi təlim və seminarlar keçirilir.
Foodinfo.az-ın məlumatına görə, növbəti seminar AQTİ mütəxəssisləri tərəfindən videokonfrans formatında “Carlsberg Azerbaijan" MMC-nin əməkdaşlarına “Pivə məhsullarında fiziki-kimyəvi, toksikoloji və mikrobioloji müayinə metodları” mövzusunda keçirilib. Seminarda müayinə parametrləri və praktiki təcrübələrlə bağlı məlumatlar verilib, pivə istehsalı zamanı məhsulun keyfiyyətinə və təhlükəsizliyinə təsir edən amillər, orqanoleptik müayinə parametrlərinin düzgün şəkildə müəyyən edilməsi, laborator müayinələr üçün nümunələrin düzgün götürülməsi və saxlanılması qaydaları, kif və maya göbələkləri, bağırsaq çöpü bakteriyaları riskini yaradan amillər, pivə və pivə məhsullarının effektiv müayinə olunması üçün müasir laborator müayinə metodlarından istifadə və s. mövzular ətraflı izah edilib. Eyni zamanda peşəkar təlimçilər tərəfindən AQTİ laboratoriyalarında pivə məhsullarının mikrobioloji və fiziki-kimyəvi müayinəsi əsnasında istifadə olunan cihaz, avadanlıq və alətlər təlim iştirakçılarına nümayiş etdirilib.
Qarşılıqlı müzakirə şəraitində keçən seminarda iştirakçıların sualları cavablandırılıb.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?